Azərbaycan onları Ermənistana təhvil verdi – Siyahı+FOTO

Azərbaycan onları Ermənistana təhvil verdi – Siyahı+FOTO

Azərbaycan və Ermənistan arasında razılığa əsasən Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abraham Ermənistana təhvil verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan məlumat yayıb.

O bildirib ki, adı çəkilən şəxslər Həkəri çayındakı körpüdən keçirilərək Ermənistan hakimiyyət orqanlarının nümayəndələrinə təhvil verilib.

Paşinyan qeyd edib ki, üç şəxsin sağlamlıq vəziyyəti yaxşıdır,  Vaqif Xaçaturyan isə həkim nəzarəti altındadır.
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az