Azərbaycan ordusu ilə qürur duyuram

Azərbaycan ordusu ilə qürur duyuram

Məşhur, ustad nağara ifaçısı Nadir Hüseynbəyov artıq neçə gündünr ki, Bakıdadır, doğma vətəninə qayıdıb. 20 ildən çoxdur ki, Avropada – Hollandiyada yaşayan həmyerlimiz, diasporamızın fəal üzvü ağır ürək əməliyyatı keçirtdikdən sonra vətəndə dincəlmək məqsədilə Bakıya doğmalarının yanına üz tutub. Həyat yoldaşı, qəlbi musiqi ilə döyünən Çimnaz xanımla birgə Şəhidlər Xiyabanında olub, vətən torpaqlarının azadlığı uğrunda şəhid olan igidlərimizin məzarlarını ziyarət edib. Azərbaycan musiqisini, milli-mənəvi dəyərlərimizi, mədəni irsimizi xaricdə layiqincə təbliğ edən ustad sənətkar nüfuzlu beynəlxalq musiqi festivallarında çıxış edərək Azərbaycanı təbliğ edir, bayrağımızı dalğalandırır. Övladları Namiq, Kəmalə xaricdə dəyərincə tanınan Azərbaycan övladlarıdır. Kəmalə hüquqşünas olmaqla bərabər həm də Azərbaycanla bağlı keçirilən bütün tədbirlərdə milli rəqslərimizi, milli rəqs geyimlərimizi, adət-ənənələrimizi təbliğ edir.


Nadir müəllimin Vətəninfo.az-a eksklüziv açıqlaması:

“Azərbaycan mənim qürur mənbəyimdir. Azərbaycan qeyrətli, vətənpərvər igidlərin yurdudur. Azərbaycan ordusu ilə qürur duyuram. Bizim çox güclü ordumuz var. Torpaqlarımızın uğrunda şəhid olan balaların doğmalarına başsağlığı verirəm. Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyev cənablarına çox inanıram. O, güclü siyasətçi olmaqla bərabər dünya azərbaycanlılarının rəhbəridir. Bütün dünya azərbaycanlıları Ali Baş Komandanımızla həmrəydir. İnanıram ki, tezliklə Qarabağımızı azad edib qələbə cəngisi çalacağıq. Ali Baş Komandanımızın qaynar döyüş nöqtələrinə səfərləri, döyüşən əsgərlərlə bərabərliyi bir daha sübut etdi ki, hər bir azərbaycanlının qəlbi ordumuzla bərabər döyünür. Möhtəşəm ordumuza uğurlar arzulayıram”.

Qeyd edək ki, Nadir müəllim yaxın günlərdə N saylı hərbi hissədə əsgərlərlə görüşdə olacaq. Çalğısı ilə Sibelcanı heyrətləndirən həmyerlimiz “Xeyirxahlıq carçısı” fəxri diplomu ilə də təltif olunub. Nadir müəllimi təbrik edir, ona uğurlar arzulayırıq. Azərbaycanın fəxri olan vətənpərvər qardaşımız, sizinlə, ailənizlə fəxr edirik.

Araz Hacıyev

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az