Azərbaycan poeziyasının 75 yaşlı fədaisi

Azərbaycan poeziyasının 75 yaşlı fədaisi

Həmid Arzulunun 75 illik yubleyi Naxçıvanda qeyd olunacaq

Mənim uşaqlığım ona vurğunluqla, onun yaratdığı əsərlərə heyranlıqla keçib. Həmid Arzulu poeziyası, Həmid Arzulu yaradıcılığı mənim ədəbiyyata, mədəniyyətə, tarixə, incəsənətə, elmə olan  məhəbbətimin qəlbimə salınan ilk xamurudu. Qədim Naxçıvan torpağının yetişdirdiyi dəyərli ziyalı Həmid Arzulu artıq 75 yaşı haqlayıb. Arzulu yardadıcılığında sevdiyim o qədər misralar, o qədər düşüncələr var ki, onları kəlmə-kəlmə izah etsəm, onlarla belə məqalələrin yazılması gərəkdir. Ancaq bu qoca çinarın təvəzükarlığı, haqqın da daha çox danışılmasını sevməməsi əlimi-qolumu bağlayır.  

Həmid Arzulu Naxçıvanda yazıb yaradan şair və yazıçılardandır. Onun indiyə qədər üç romanı (“Qaçaq Quşdan”, “Qara xəncər” və “Sınıq güzgü”), üç pyesi (“Sevgi nağılı”, “Günahsız şikəstlər” və “Turac nəğməsi”), yeddi pyesi Naxçıvan Musiqili Dram Teatrında tamaşaya qoyulub. Bir çox şeir və hekayələr kitabı dərc edilib.

O, indiyə qədər Alman klassiklərindən şeir, poema, ballada, roman, pyeslər tərcümə etmiş və həmin əsərlər mətbuatda dərc olunmuşlar. Onun orijinaldan tərcümə etdiyi Frans Fumanın “Alay dostları”, “Tanrı divanı” povestləri “Azərbaycan jurnalı”nda dərc olunmuşdur. Bertold Brextin “Təbaşir xaç” pyesi, Stefan Çveyqin novellaları, Henrix Heynenin bir neçə balladasını və seirlərini ,  Efraim Lessinqin “Emiliya Qallotti” faciəsi, “Əsgər səadəti” komediyası, Y.V. Qötenin “Qərb-Şərq divanindan nümunələr” kitabı nəşr edilmişdir. Onun Lessinqdən tərcümə etdiyi “Müdrük Natan” mənzum dramı Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Musiqili Dram Teatrında uğurla tamaşaya qoyulmuşdur.

Həmid Arzulu hazırdada tərcümə  və  onun nəzəriyyəsi ilə məşğuldur. O, “Alman poeziyyasının nəzəri və praktik prinsipləri” mövzusunda doktorluq dissertasiyası yazaraq müvəffəqiyyətlə müdafiə etmiş, filologiya elmləri doktoru adını almışdır.

Həmid Arzulunun   bu il may ayının 15 də  75 yaşı tamam olacaq. O , 75 illik ömrünü yaradıcılığa, müəllimliyə və elmi fəaliyyətə həsr etmişdir. Muxtar Respublikasının Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2007 ci ildə müəllifin Naxçıvan Teatrında səhnəyə qoyulmuş “Əlincə Qalası” tamaşasından sonra öz çıxışında qeyd etmişdir.

 “Həmid Arzulunun vətən, torpaq qarşısında xidmətləri yüksəkdir” 

 (“Şərq Qapısı” qəzeti  8 may 2007) 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az