Azərbaycan polisinə yeni səlahiyyət verildi – FƏRMAN

Azərbaycan polisinə yeni səlahiyyət verildi – FƏRMAN
Qanunsuz idman mərc oyunlarına qarşı tədbirlər gücləndirilir
 
Azərbaycanda daxili işlər (polis) orqanlarına qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi ilə əlaqədar cinayət işləri üzrə ibtidai istintaq aparmaq səlahiyyəti verilib.

Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanda əksini tapıb.  

İndiyə qədər qanunsuz lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi ilə əlaqədar cinayət işləri üzrə ibtidai istintaqı yalnız Vergilər Nazirliyi aparıb. Dəyişikliyə əsasən bundan sonra qanunsuz lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi ilə əlaqədar cinayət işləri üzrə ibtidai istintaqı Vergilər Nazirliyi və ya daxili işlər orqanları aparacaq. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az