Azərbaycan polkovnikinin adı Nemtsovun qətlində hallandı

Azərbaycan polkovnikinin adı Nemtsovun qətlində hallandı

Rusiya mətbuatı tanınmış siyasətçi Boris Nemtsovun ölümündə yeni verisiyalar irəli sürüb.

“Qafqazinfo” “İzvestia” saytına istinadən xəbər verir ki, Nemtsovun ölümünü araşdıran istintaq briqadası onun qətlində Ukrayna izinin olduğunu istisna etmir. Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə qətlə yetirildiyi iddia edilən Nemtsovun ölümünü isə Cövhər Dudayev adına çeçen batalyonunun təşkil etdiyi qeyd edilir. 

Hüquq-mühafizə orqanlarında olan mənbənin məlumatına görə, qətlin təşkilatçısı həmin bölüyün hazırki komandiri, Rusiya prezidenti Vladimir Putinə sui-qəsd hazırlamaqda ittiham edilərək haqqında cinayət işi açılan Adam Osmaev və onun həyat yoldaşı Amina Okuevadır. 

Nəşr yazır ki, Ukrayna hüquq-mühafizə orqanlarının planına əsasən, müxalifətçinin ölümü Rusiya rəhbərliyini gözdən salmalı, eləcə də siyasi sabitliyi pozmalı idi. Mənbə həmçinin bildirib ki, istintaq qrupunda siyasətçinin ölümündə Ukraynanın əlinin olmasına dair bəzi sübutlar var. 

Yazıda həmçinin qeyd edilir ki, Nemtsovun qətlində qisas faktoru da rol oynaya bilər. Belə ki, 2014-də yaradılan Cövhər Dudayev adına batalyonun qurucusu, həmçinin Donbassda Ukrayna silahlıları tərəfindən vuruşan çeçen əsilli İsa Munayev bu ilin fevralın 1-də döyüşlərdə öldürülür. Nemtsovu öldürməklə çeçen döyüşçüləri Ukraynanın sifarişini yerinə yetirməklə yanaşı, öz komandirlərinin qisasını da almış olublar. 

Ən maraqlısı isə, Munayevin yaratdığı və terrorçuları maliyyələşdirməkdə ittiham olunan “Azad Qafqaz” hərəkatının tərkibində azərbaycanlı polkovnikin də adınının hallanmasıdır. Belə ki, batalyonun qərargah rəisinin Azərbaycan müdafiə nazirinin sabiq müavini olmuş və hazırda axtarışda olan İsa Sadıqov olduğu qeyd edilir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az