Azərbaycan prezidenti ABŞ-da müzakirələr aparacaq - açıqlama, video

Azərbaycan prezidenti ABŞ-da müzakirələr aparacaq - açıqlama, video
Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ölkə başçısı İlham Əliyevin Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammitində iştirakı zamanı müzakirə ediləcək məsələləri şərh edib.   Miq.az saytı xəbər verir ki, şöbə müdiri ANS-ə açıqlaması zamanı əsas məsələnin belə sammitlərdə iştirak edib onun fəaliyyəti ilə tanış olmaq olduğunu bildirib: "Ölkə başçısı da Azərbaycanın gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı sammitdə çıxış edəcək. Bu sammitin ikinci tərəfdən əhəmiyyəti ondan ibarətdir ki, orada müxtəlif görüşlər, danışıqlar olur. Həmin danışıqlar nəticəsində də, ikitərəfli münasibətlərin inkişafı ilə bağlı irəliyə doğru addımlar atılır".  

N. Məmmədov bildirib ki, bütün bu məsələləri nəzərə alaraq görüşün böyük əhəmiyyət kəsb etdiyini düşünür.  
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az