Azərbaycan Texnologiya Universitetindən-Haqlarında yazılanlara REAKSİYA

Azərbaycan Texnologiya Universitetindən-Haqlarında yazılanlara REAKSİYA

Hörmətli Miq.Az saytının redaksiyası! Azərbaycan Texnologiya Universiteti haqqında sizə daxil olan şikayət məktubunda Allahveridyev Azər Abbas oğlunun qərəzli kompaniya aprdığı açıq-aydın görünür. Azərbaycan Texnologiya Universiteti olaraq nəzərinizə çatdırırıq ki, Allahveridyev Azər Abbas oğlu 16.11.2018-ci il tarixdə Azərbaycan Texnologiya Universitetinin İdman Klubunun operatoru vəzifəsinə bərpa edilməklə, 30.10.2017-ci il tarixdən 16.11.2018-ci il tarixinədək olan müddət üzrə boşdayanma ödənilib.
Bu barədə yaşadığı Gəncə Şəhəri, M.Hacıyev 13a, mənzil 12 ünvanına 21.11.2018-ci il tarixdə rəsmi bildiriş göndərilib, lakin qeyd olunan ünvanda heç kim omadığından göndərilmiş bildiriş Azərbaycan Texnologiya Univeristetinə geri qaytarılıb.
23.11.2018- ci il tarixində təkrar həmin ünvana Allahveridyev Azər Abbas oğlunun Qanunverciliyin  tələblərinə uyğun  olaraq Azərbaycan Texnologiya Univeristetinin İdman Klubunun operatoru vəzifəsində işə gəlməsi zərurəti yaranmasına dair məktub göndərilib.
Onun diddia etdiyi digər məsələlər isə vaxtı ilə aidiyyatı qurumlar tərəfindən araşdırılıb və öz təsdiqini tapmayıb.  
 
Hörmətlə, Azərbaycan Texnologiya Universiteti  Mətbuat Xidməti



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az