Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşdü

Azərbaycan və Ermənistan  xarici işlər nazirləri görüşdü
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Rusiyada səfərdədir.

Miq.az qafqazinfo-ya istinadən bildirir ki, toplantıda XİN rəhbərləri (Qırğızıstan, Qazaxıstan və Rusiya) Dağlıq Qarabağda atəşkəs rejiminin saxlanılmasını dəstəkləyən bəyanatla çıxış ediblər:

"Münaqişə tərəflərini atəşkəsə ciddi şəkildə əməl etməyə və dözümlülük nümayiş etdirməyə çağırırıq".

Türkiyə mediası isə Moskvada baş tutan toplantıda əsas diqqəti Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünə ayırıblar. Elmar Məmmədyarovla Edvard Nalbandyanın əl-ələ görüşməsini bölgədə sülhün əldə olunmasının işarəsi kimi qiymətləndiriblər.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az