​Azərbaycan və Türkiyədə terror törətməyi planlaşdıranların fotoları yayılıb

​Azərbaycan və Türkiyədə terror törətməyi planlaşdıranların fotoları yayılıb

Aralarında Rusiya vətəndaşı İsa Tupolovun (azərbaycanlıdır) da olduğu terrorçu İŞİD qruplaşmasının 5 silahlısının fotosu Türkiyənin bütün təhlkükəsizlik qurumlarına göndərilib.
Miq.az "Report"-a istinadən xəbər verir ki, bu haqda "Habertürk" məlumat yayıb.

Məlumata görə, onlardan biri cari ilin yanvarında İstanbulda Sultan Əhməd meydanında terror törədən Nabil Fadılın yaxın dostu 35 yaşlı Raşıd Alabdalah Algagandır. Digəri 32 yaşlı Abu Ayman At-Maghribindir. Onun ABŞ pasportu var, kod adı "Darvan əl-Haymar"dır.

Dördüncü  terrorçu-kamikadze Furkan Ürkməz yeniyetmə yaşındadır. O, 2015-ci ilin yayından öldürüldüyü ehtimal edilən İŞİD silahlısı Muhammed Ürkməzin qardaşıdır. Furkan Ürkməz bu il martın 6-da Suriyaya keçib.

Beşinci terrorçunun adı isə Hasan Hüseyn Uğurdur. O, "WhatsApp"la "Şəhidlik sırası bizdə" mesajını paylaşıb.

Xəbərdə bildirilib ki, terrorçuların hamısı hazırda Suriya ərazisindədir. Məlumata görə, onlar Türkiyə və Azərbaycan ərazisində terror törətməyi planlaşdırırlar. İsa Tupolovun isə hazırda Suriyanın Rai şəhərində olduğu bildirilir. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az