Mədəniyyət və Turizm Nazirliyi turizm həvəskarı olan Azərbaycan vətəndaşlarına müraciət edib.
Vətəninfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, müraciətdə xatırladılıb ki, yay mövsümünün başlanması ilə əlaqədar Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunur: “Bununla əlaqədar, bir daha əhalinin nəzərinə çatdırırıq ki, turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın (xüsusi razılıq) olub-olmamasını, turist vauçerini “Turizm haqqında” Azərbaycan Respublikası qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.
Bununla yanaşı və yay turizm mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxana fəaliyyətinə lisenziya (xüsusi razılıq) almış obyektlərin xidmətlərindən istifadə etmələri tövsiyə olunur”.
Turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşən şəxslər Mədəniyyət və Turizm Nazirliyinin (012) 492 88 50 telefon nömrəsinə və ya [email protected] elektron ünvanına rəsmi müraciət edə bilərlər.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?