Azərbaycan yığmasının baş məşqçisi: "94 milyon avroya donuz alıblar..."

Azərbaycan yığmasının baş məşqçisi:
Futbol üzrə Azərbaycan milli yığma komandasının baş məşqçisi Robert Prosineçki bütün idman cameəsində geniş rezonans doğuran qalmaqallı açıqlama verib.

Virtualaz.org xəbər verir ki, baş məşqçisi İtaliyanın "Yuventus" klubunun oyunçusu Qonsale İquaini "kök donuz" adlandırıb. 

"Yuventus" klubu İquaini "Napoli" klubundan 94 milyon avroya transfer edib. Lakin "Yuventus"un tərkibində ilk dəfə "Vest Hem" klubuna qarşı meydana çıxan İquain çəkisinin artıq olması səbəbindən yaxşı oyun göstərə bilməyib və tənqiqlərlə üzləşib.

Ən sərt tənqid isə Prosineçkidən gəlib. "Mən İquaini görəndə şoka düşdüm. O, məndən də kökdür. "Yuventus" top-forvarda 94 milyon avro ödəyib, əvəzində balaca donuz balası alıb"-baş məşqçi deyib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az