Azərbaycanda 8 kişi cinsini dəyişdi - ŞOK

Azərbaycanda 8 kişi cinsini dəyişdi - ŞOK

Cinsiyyət dəyişmə əməliyyatı ölkəmizdə də həyata keçirilir. Burada cinsin dəyişdirilməsi 5 min manata başa gəlir. Halbuki eyni əməliyyat Türkiyədə 140 min dollardır. Yerli mütəxəssislər deyirlər ki, ölkəmizdə bu əməliyyat daha ucuz olduğuna görə cinsini dəyişmək istəyənlər bizim həkimlərə daha çox müraciət edirlər. Azərbaycanda cinsin dəyişdirilməsi əməliyyatlarını həyata keçirən yeganə həkim Avropa-Beynəlxalq Estetik, Plastik və Rekonsturktiv Cərrahlar Cəmiyyətinin üzvü Camal Əzimzadədir. O, bu əməliyyatları ölkədə 2002-ci ildən reallaşdırır.C.Əzimzadənin bildirdiyinə görə, cinsini dəyişdirmək istəyən kişilərin sayı qadınlardan daha çoxdur. “Mənim statistikam göstərir ki, müraciət edənlər arasında 4 kişiyə 1 qadın düşür. 2002-ci ildən indiyədək cinsin dəyişdirilməsi üçün təxminən 30-35 nəfər müraciət edib. Cinslərini dəyişmək istəyənlər 22-30 yaş arası gənclər olur. İndiyədək müraciət edənlərdən yalnız 9-u əməliyyat olunaraq cinsini dəyişib. Həmin şəxslərin biri qadın, qalan 8 nəfər isə kişi olub. Cinsini dəyişmiş şəxslər əməliyyatdan sonra çevrildikləri cinsin heç bir funksiyasını yerinə yetirə bilmirlər. Məsələn, qadına çevrilmiş kişi ana, kişiyə çevrilmiş qadın ata ola bilməz”.

Kimisində anadangəlmə, kimisində sonradan əmələ gəlmiş cins dəyişmək istəyi özünü vaxt keçdikcə büruzə verir. Dövrümüzdə belə hallar artıq adiləşib. Daha çox kişilər qadın olmaq arzusundadır. Mütəxəssislər bildirirlər ki, qadının kişiyə çevrilməsi əməliyyatı daha ağırdır, nəinki kişinin qadına. Qadının kişiyə çevrilməsi üçün aparılan əməliyyat iki mərhələli olub 12 saat davam edir, birinci mərhələdə orqanın dəyişdirilməsi prosesi baş verir, ikinci mərhələdə isə protezlər yerləşdirilir. Kişini qadına çevirmək üçün edilən əməliyyat isə daha asandır. Bu əməliyyat 2-4 saat davam edir və bir mərhələdə həyata keçirilir.Elə insanlar da var ki, özünü həm kişi, həm də qadın  kimi hesab edir. Bu cür insanlara ikicinsiyyətli deyirlər. Onlar iki cinsdən birini seçir, ya qadın olur, ya da kişi. Bu da əməliyyatla həyata keçirilir.

“Transseksuallar”, yoxsa “transseksual keçmişi olanlar”?

Fiziki baxımdan qadına xas özəlliklərə sahib, lakin cinsiyyətinə görə kişi olan insanlar transseksual adlanır. Bu əksinə də ola bilər, qadın olub özünü kişi kimi hiss edənlər də var. Tibb elminə görə, əməliyyatla cinsini dəyişdirmiş transseksual bu cür adlandırılmamalıdır, çünki artıq o, olmaq istədiyi və özünü hiss etdiyi kimi olur. Belə insanlara “transseksual keçmişi olan” demək daha doğru olar.

Dünyada ilk cinsiyyət dəyişdirmə əməliyyatını amerikalı transseksual kişi Kristin Kongensen keçirib. Dini cəmiyyət bu əməliyyatı yaxşı qarşılamadı, xəstəxanalara təzyiq edildi, transseksuallar cərrahi əməliyyatlar üçün xaricə getmək məcburiyyətində qaldılar. Amerikada bu cür insanlara ruhi xəstə kimi baxır, onları  elektroşokla müalicə edirdilər.

Məşhur türk sənətçisi Bülənt Ərsoy da cinsini əməliyyatla dəyişdirib. O, 1982-ci ildə Londonda keçirdiyi cinsiyyət dəyişdirmə əməliyyatına 40 min dollar ödəmişdi. B.Ərsoy kişi olduğu dövrə aid fotoşəkillərinin mətbuatda yayımlanmasından çox narahat olur. Tanınmış müğənni Zəki Müren də öncə kişi olub, amma sonra cinsiyyətini əməliyyatla dəyişdirərək qadınlığı seçib.

Kişilər niyə qadın olmaq istəyirlər?

Bəs insanlar nədən bu yolu seçirlər? Niyə bəzi qadınlar kişi, bəzi kişilər qadın olmaq istəyirlər? Amerikalı alim Cozef Nikolos sübut etdi ki, transseksuallıq  nə azğınlıq, nə şəxsi istək, nə də ruhi xəstəlikdir. Alim elmi əsaslarla göstərdi ki, bu başqa bir xəstəlikdir və bu cür insanlar anadan doğulanda bu xəstəliklə doğulurlar. Daha çox kişilərdə rast gəlinən cinsiyyət dəyişdirmə əməliyyatı ətraf mühit tərəfindən yaxşı qarşılanmır. Cəmiyyət səbəbini bilib-bilmədən ittiham etməyi sevir. Transseksuallara ona görə ruhi xəstə adını verirlər ki, onlar həqiqətən də bu duruma, necə deyərlər, “təhrik edilirlər”. Cəmiyyətin qınağına məruz qalan bu cür insanlar özlərini günahkar, narahat, tək, depressiv, çıxılmaz durumda, gərgin hiss edirlər.

Qanun nə deyir?

Azərbaycan qanunvericiliyində cinsin dəyişdirilməsi üçün əməliyyatların harada, necə aparılmalı olduğu barədə məsələlər aydınlaşdırılmayıb. “İnsan orqanlarının transplantasiyası haqqında” qanunda transplantasiyanı kimlərin edə bilməsi, orqanın kimdən götürülməsinin mümkünlüyü və bu əməliyyatın hansı müəssisələrdə həyata keçirilməli olması göstərilib, amma cinsin dəyişdirilməsi barədə dəqiq qanun yoxdur. Qısası, Azərbaycanda bu əməliyyatın aparılması qadağan edilməyib. Ölkəmizdə cinsin dəyişdirilməsi əməliyyatlarının qadağan edilməsi Konstitusiyaya və İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasına ziddir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az