Azərbaycanda bir gündə 4 nəfəri ildırım vurdu

Azərbaycanda bir gündə 4 nəfəri ildırım vurdu
Şəmkirdə də daha iki nəfəri ildırım vurub.

Miq.az Report-a istinadən xəbər verir ki, Zəyəm qəsəbəsində qadını ildırım vuraraq öldürüb.

Rayon sakini, D.Qurbanova ildırım vurması nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.

Bundan əlavə, Yeni Həyat kəndində 1963-cü il təvəllüdlü Musayev Züriyyət Əli oğlunu da ildırım vurub.

O, hadisə yerində dünyasını dəyişib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün ərzində Qərb bölgəsində ildırım vurması nəticəsində daha bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az