Azərbaycanda bir gündə altı nəfər yol qəzasında öldü

Azərbaycanda bir gündə altı nəfər yol qəzasında öldü
Mayın son günündə Azərbaycanda baş vermiş yol qəzalarında 6 nəfər ölüb.

Miq.az lent.az-a istinadən xəbər verir ki, dünən ölkə ərazisində ümumilikdə 7 yol qəzası qeydə alınıb. Nəticədə vəfat edən 6 nəfərdən başqa daha 5 nəfər də xəstəxanaya yerləşdirilib.

Ölümlə nəticələnən qəzalardan ən ağırı Qaxda qeydə alınıb. Burada avtomobilin ağaca çırpılması iki nəfərin ölümü, iki nəfərin isə xəsarət almasına səbəb olub. Digər ağır qəzalar isə Ağstafa, Lənkəran, Binəqədi və Nərimanov rayonlarında baş verib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az