Azərbaycanda dəhşətli partlayış - Yaralılar var

Azərbaycanda dəhşətli partlayış - Yaralılar var

Mingəçevir şəhəri Bağlar massivi 12-ci küçə ərazisində yerləşən evlərin birində güclü partlayış baş verib. Partlayışın səsi şəhərin hər tərəfindən eşidilib.

Miq.Az Publika.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 8 evdə dağıntılar meydana gəlib.

Partlayış həmin küçənin sakini Sevinc Qəmbərovaya məxsus evdə baş verib, ev tamamilə yararsız vəziyyətə düşüb.

İlkin məlumatlara görə, partlayış qaz sızması nəticəsində baş verib. Ev sahibi Sevinc Qəmbərova və oğlu yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Evi dağılan qonşu Əliyev Valeh bildirib ki, mənzili tam yararsız vəziyyətdədir.
 
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az