Azərbaycanda GÜCLÜ ZƏLZƏLƏ - Şəki, Qax, Balakən, Zaqatala...
Yeraltı təkanlar episentirdə 6 bala qədər hiss olunub.
AMEA-nın Respublika Seysmologiya Xidmət Mərkəzi ölkə ərazisində baş vermiş zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.
Miq.az Mərkəzin saytına istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb.
Yeraltı təkanlar yeni 2 km dərinliyində 5,5 maqnituda gücündə olub.
***
Azərbaycanın Şimal-Qərb bölgəsində güclü zəlzələ baş verib.
Miq.Az xəbər verir ki, yeraltı təkanlar 22:40 radələrində qeydə alınıb. Dağıntı və tələfat barədə hələlik məlumat verilməsə də, silkələnmə ölkənin əksər rayonlarında hiss olunub. Güclü təkanlar daha çox Şəki, Qax, Balakən, Zaqatala rayonlarında hiss olunub.
Zəlzələnin episentrinin şimal-qərb bölgəsində olduğu ehtimal olunur.
Miq.Az