Polis general mayoru Rasim Musayev 6 aya yaxındır ki, dünyasını dəyişsə də onun iş başında olduğunu iddia edirlər. Bunu isə hansısa bulvar qəzeti deyil, Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı iddia edir.
Miq.az İnterpress.az-a istinadən bildirir ki, 6 ay əvvəl iş başında qəfil ürək tutmasından dünyasını dəyişən məşhur general-mayorun adı DİN saytında hələdə idarə rəisi olaraq göstərilir və həttda qrafik üzrə qəbul günüdə müəyyən olunub.
Belə ki, Daxili İşlər Nazirliyinin verdiyi xəbərə görə, nazirliyin Daxili Təhqiqatlar İdarəsinin rəisi Musayev Rasim İslam oğlu hər həftənin cümə günü saat 11.00-dan 13.00-dək şikayətçiləri qəbul edir: