Azərbaycanda qadın plastik əməliyyatın qurbanı oldu (FOTO)

Azərbaycanda qadın plastik əməliyyatın qurbanı oldu (FOTO)

Bakıda xəstə əməliyyat masasında vəfat edib.

Miq.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bir müddət öncə Sabunçu rayonunda yerləşən "Stimul Hospital”da baş verib.

Həkim Elçin Zodan pasiyent Yeganə Quliyevanı plastik əməliyyat edərkən o, stolda keçinib. Y.Quliyeva əməliyyat başa çatmamış dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, daha sonra iş Bakı şəhər Prokurorluğuna verilib.

E.Zodanın apardığı əməliyyat zamanı xəstənin vəfat etməsinin səbəbləri istintaq tərəfindən araşdırılır.

Plastik cərrah Elçin Zodan "Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az