Azərbaycanda saxlanılan erməni diversantlardan biri hərbi əsir sayılmır

Azərbaycanda saxlanılan erməni diversantlardan biri hərbi əsir sayılmır
"Azərbaycanda saxlanılan 2 erməni diversantdan biri Arsen Baqdasaryanla bağlı məhkəmənin qərarı var. Həmin şəxs təmas xəttində törətdiyi cinayət əməlinə görə həbs olunub. O, hərbi əsir sayılmır, çünki o şəxs məhkəmənin qərarı ilə həbs olunub".

Miq.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O qeyd edib ki, digər şəxs-Zaver Karapetyanla bağlı beynəlxalq təşkilatlarla müəyyən işlər görülür: "Hələlik həmin şəxs Azərbaycanda saxlanılır. Onun saxlanma şəraiti bütün beynəlxalq normalara və standartlara uyğundur. Beynəlxalq təşkilatlar istənilən vaxt ona baş çəkir. Azərbaycan hər zaman öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az