"Parlamentin qarşıdan gələn 2012-ci il payız sessiyasında, ümumiyyətlə, bu çağırış Milli Məclisdə qəbulunu arzuladığım ən vacib qanun layihələrindən biri heç şübhəsiz, ictimai yerlərdə tütün və tütün məmulatlarından istifadəyə qadağa qoyulmasını nəzərdə tutan qanunvericilik aktıdır". Bunu açıqlamasında millət vəkili Ceyhun Osmanlı dilə gətirib.
Millət vəkilin dediyinə görə, belə bir qanun layihəsinin qəbuluna ciddi ehtiyac var, çünki bu, cəmiyyətin sosial sifarişidir:
“Biz dəfələrlə bu məsələni parlamentin gündəliyinə gətirmək istəmişik. Amma hələ ki, bu məsələ baş tutmayıb. Bu baxımdan hesab edirik ki, nəhayət, bu məsələ parlamentin gündəliyinə gətirilməli və müsbət həllini tapmalıdır”.
Millət vəkili eyni zamanda xatırladıb ki, deputatlar arasında bu məsələni daha çox gündəmə gətirən həmkarı Qənirə Paşayevadır:
“Təbii ki, ilk dəfə belə bir təşəbbüslə Qənirə xanım çıxış edib və bildiyim qədər də bu yöndə müvafiq qanun layihəsi hazırlayıb təqdim edib. Ancaq şəxsən mən özüm də ikiillik fəaliyyətim dövründə bir neçə dəfə bu məsələni səsləndirmişəm.
Bununla belə, bu sənədin gündəmə gətirilməsinə və qəbuluna nə qədər müvəffəq olacağıq, bunu da indidən dəqiq deyə bilmərəm, bunu gələcək göstərəcək. Lakin bütün hallarda belə bir qanun layihəsinin qəbulunu vacib və zəruri hesab edirəm”.
Gün.az
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?