Azərbaycanda taksi xidmətlərinin qiymətləri 18% artacaq - VİDEO

Azərbaycanda taksi xidmətlərinin qiymətləri 18% artacaq - VİDEO
Banklar dekabrın 1-dən etibarən xarici taksi şirkətlərinə kartla ödəniş zamanı 18% əlavə dəyər vergisi tətbiq edəcək.

Miq.az xəbər verir ki, bu barədə "Xalq Bank"dan məlumat verilib.
Bank nümayəndəsinin sözlərinə görə, 18% əlavə dəyər vergisinin tətbiqi ilə bağlı bankdan müştərilərinə mesaj göndərilir.
Bu yalnız "Xalq Bank"a deyil, digər banklara da aiddir. 18% əlavə dəyər vergisi Azərbaycanda fəaliyyət göstərən xarici taksi xidmətlərinə şamil edilir.
Mesajda bildirilir ki, ölkə daxilində xarici taksi xidmətlərinə (Uber, Taxify və s.) kartla ödəniş zamanı 18% ƏDV tətbiq ediləcək.
Qeyd edək ki, digər banklarda da bu yöndə müzakirələr gedir. Məsələ ilə bağlı müraciət etdiyimiz "AG Bank"dan bildirildi ki, hazırda bu yöndə hər hansı qərar yoxdur. Lakin müzakirələrin aparıldığı istisna edilmədi. 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az