Azərbaycanda vəzifəli şəxs xəstəlikdən öldü - Atası dözməyib intihar etdi

Azərbaycanda vəzifəli şəxs xəstəlikdən öldü - Atası dözməyib intihar etdi
ASC-nin Audit Komitəsinin sədri Fuad Gəncəliyev vəfat edib.

Miq.az  xəbər verir ki, bu barədə bankın yaydığı məlumatda deyilir.

F.Gəncəliyev həmçinin Maliyyə Nazirliyinin sektor müdiri olub. Nazirliyin yaydığı elandan məlum olur ki, F.Gəncəliyevlə yanaşı onun atası Cəmaləddin Gəncəliyev də dünyasını dəyişib. Qurum hər iki şəxsin vəfatı ilə əlaqədar başsağlığı verib.

Qeyd edək ki, F.Gəncəliyev 43 yaşında dünyasını dəyişib. Onun xərçəngdən əziyyət çəkdiyi bildirilir.


***

Miq.az  Report-a istinadən xəbər verir ki, F.Gəncəliyevin ölümündən sonra onun atası, 76 yaşlı Cəmaləddin Gəncəliyev intihar edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az