Azərbaycanda yenə 387 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

Azərbaycanda yenə 387 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

Daha 4 nəfər həyatını itirdi

İyunun 14-də Azərbaycanda 387 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq evə buraxılıb, 4 xəstə isə ölüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu barədə yaydığı məlumatda Azərbaycanda hazırda 9957 nəfərin koronavirus infeksiyasına yoluxduğu bildirilib:

"Onlardan 5583 nəfər müalicə olunaraq sağalıb, 119 pasient ölüb, 4255 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunur”.

Operativ qərargah bu gün 6087 koronavirus testi aparıldığını qeyd edib.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az