Səbail rayon İcra Hakimiyyətində Azərbaycandakı Ukrayna Cəmiyyətinin IV hesabat-seçki konfransı keçirilib. “Vətəninfo.az”ın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Azər Fərzəliyev, Ukrayna Cəmiyyətinin üzvləri, Azərbaycandakı Tatar cəmiyyətinin , Kazakların, «Sodrucestvo» və digər cəmiyyətlərin rəhbərliyi və digər qonaqlar iştirak ediblər. Cəmiyyətin sədri Aleksandr Zareçnıy konfransda məlumat verib ki, Azərbaycanda Ukrayna Cəmiyyəti 1 noyabr 1997-ci ildə təsis edilib, həmin ilin dekabrında isə Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənib. “Bu cəmiyyətin Azərbaycandakı fəaliyyətinin əsas məqsədi burada yaşayan bütün ukraynalıların yerli xalqlarla əməkdaşlıq etməsi, onlara sosial, mədəniyyət və təhsil sahələrində köməkliklərin göstərilməsi, Ukrayna xalqının adət-ənənə, dil və və mədəniyyətini qoruyub saxlamaqdan ibarətdir”-deyən Aleksandr Zareçnıy əlavə edib ki, cəmiyyət Azərbaycan və Ukrayna xalqları arasındakı əlaqələrin bütün sahələr üzrə daha da inkişaf etməsinə xidmət edir. Konfransın gündəliyinə uyğun olaraq, tədbirin davamında Azərbaycandakı Ukrayna Cəmiyyətinin hesabatı dinlənilib, cəmiyyətin nizamnaməsində Azərbaycan qanunlarına uyğun olaraq dəyişikliklər edilib və təşkilatın rəhbər orqanlarına yeni tərkib seçilib.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?