Azərbaycanın ən müasir silahı erməniləri qorxuya saldı- “Tor” ZRK (FOTO)

Azərbaycanın ən müasir silahı erməniləri qorxuya saldı- “Tor” ZRK (FOTO)

"Tor” ZRK dövlət əhəmiyyətli, iqtisadi və hərbi obyektlərini müxtəlif qanadlı raketlərdən, aviabombalardan, təyyarə və helikopterlərdən müdafiə üçün nəzərdə tutulub

Ermənistan KİV-i bu raketləri ciddi şəkildə müzakirəyə çıxarıb

 Böyük Britaniyanın Daily Star analitik nəşrində Rusiyanın Azərbaycana müasir "Tor” zenit raket komplekslərini satdığı barədə məlumatın yayılmasından sonra, bu məsələ Ermənistan kütləvi informasiya vasitələrində ciddi müzakirə olunur.

İstiPress-in məlumatına görə, erməni hərbi ekspert Arkadiy Qriqoryan news.am saytına müsahibəsində deyib ki, "Tor” zenit raket kompleksləri Azərbaycan Silahlı Qüvvələrinin balansında var və hətta hərbi təlimlərdə də istifadə olunur.

Ekspert bildirib ki, bu zenit raket kompleksləri 12-16 kilometr məsafədəki hədəfi dəqiqliklə vururaq məhv edən ən müasir silahlardandır.

"Sistem avtomat rejimdə müəyyən edilmiş hava məkanına özü nəzarət edir, bütün hava hədəfləri avtomatik olaraq zərərsizləşdirir”, - Arkadiy Qriqorya bildirib.

Rusiyanın Azərbaycana müasir "Tor” zenit raket komplekslərini satdığı barədə məlumat dünən yayılıb. Daily Star nəşrinin əməkdaşı Piter Trumen "Putinin son silahları Amerika raketlərini havada vuracaq” adlı məqaləsində iddia edir ki, rəsmi Moskva "Tor” ZRK-ni Azərbaycana satıb.

Analitik qeyd edir ki, Rusiyanın bu silahı hədəfi yüksək dəqiqliklə vura bilən raketləri, eyni zamanda ABŞ bombardmançılarının istifadə etdiyi American Paveway raketlərini məhv etmə qabiliyyətinə malikdir.

Məqalədə vurğulanır ki, "Tor” ZRK dövlət əhəmiyyətli, iqtisadi və hərbi obyektlərini müxtəlif qanadlı raketlərdən, aviabombalardan, təyyarə və helikopterlərdən müdafiə üçün nəzərdə tutulub.

Bu sistem operator tərəfindən, həm də avtomatik şəkildə idarə olunur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az