Dünən İrəvan Ağsaqqallar Şurasında seçkilər keçirildi. Şəhər
merinin seçilməsi uğrunda keçirilən seçkinin ilkin nəticələrinə görə, hakim
Respublika Partiyası qabil gəlib.
Publika.az xəbər verir ki, gecə saat 02:15-ə olan məlumatda bülletenlərin
93 faizinin sayıldığı açıqlanıb. Nəticələrə görə, hakim partiya 71,07 faiz
(227629) səslə tam qələbə çalıb. (Bu səslər arta da bilər).
Seçkidə hakim partiyanın namizədlər siyahısına hazırki mer Taron Markaryan
başçılıq edirdi. "Çıxış” blokunun (21,2 faiz səs qazanıb) siyahısının rəhbəri
deputat Nikol Paşinyan, "Yerkir Sirani” partiyasının (7,81 faiz səs qazanıb)
siyahısının rəhbəri isə bu partiyanın lideri, keçmiş deputat Zarui Postandjyan
idi. Həmçinin, seçkidə müstəqil namizədlər də mübarizə aparıb. Onlar arasında
şahmatçı Smbat Lputyan da var idi.
Qeyd edək ki, İrəvan Ağsaqqallar Şurasına seçkilər proporsional qaydada
keçirilir. Qanunvericiliyə görə, hansı partiyanın namizədləri şurada 50 faizdən
çox yer alırsa, mer də həmin partiyanın seçki siyahısına rəhbərlik edən namizəd
olur. Əgər heç bir partiya 50 faiz yer almırsa, o zaman mer şura üzvlərinin
gizli səsverməsi yolu ilə seçilir.
Lakin görünür, Serj Sarkisyanın rəhbərlik etdiyi hakim Respublika Partiyası
məsələni çətinləşdirmədən, əksər səsləri mənimsəmək qərarına gəldilər.
Nəticələrə görə, İrəvanın meri Sarkisyanın namizədi olan Taron Markaryandır.
"Ölü
səs”lər və "karusel əməliyyatı”
Aprelin 2-də keçirilən parlament seçkilərini saxtalaşdıran hakim Respublika Partiyasının
mer seçkilərini də eyni qayda ilə saxtalaşdırdığına dair kifayət qədər fakt
qeydə alınıb. Misal üçün, 4/1 seçki məntəqəsində adı seçici kimi siyahıda olan
Norayr Barseqyan əslində bir neçə il öncə vəfat etmiş şəxsdir. Bu, İrəvanın mer
seçkilərində "ölü səs” metodundan kifayət qədər istifadə edildiyini sübut edir.

"Avropa hüquqlarının birləşməsi” klubunun üzvü Kristina Qeborkyan bildirib ki,
seçkilər total saxtakarlıqla keçib: "Müşahidələrimiz göstərdi ki, parlament
seçkilərində olduğu kimi, İrəvanın mer seçkilərində də saxtakarlıq pik həddə
oldu. Bülletenləri nümayişkəranə sürətdə zərfdən çıxarır və hakim partiyanın
namizədi Taron Marqaryanın adının qarşını işarələyərək, qutuya atırdılar.
Bununla yanaşı, "karusel əməliyyatı” edilirdi, həmçinin, seçki kampaniyasında
da ədalət prinsipi pozulmuşdu”.
Müşahidəçinin sözlərinə görə, "karusel əməliyyatı” üçün seçicilər "Z” taksi
xidmətinin avtomobilləri və mikroavtobuslarla məntəqələrə gətirilirdi.
Sarkisyan
jurnalisti döydürdü
"Azadlıq” radiosunun erməni xidmətinin əməkdaşı Sisak Qabrielyan hakim
Respublika Partiyasının yerli qərargahlarının birində hücuma məruz qalıb.
Jurnalist danışır ki, qərargahdaş çıxan bir şəxs çantadan pulları çıxararaq,
vətəndaşlara paylayırdı.

"Mən onların birindən soruşdum: "Siz Taronu (hakim partiyanın namizədi-red)
seçdiniz?”. Yaşlı qadın "Bəli, seçdilər, yuxarıda Allah var” deyə cavab verdi”,
- jurnalist bildirib.
Qərargaha daxil olan jurnalist baş verənləri aydınlaşdırmaq istəyərkən, onu
təhqir edərək, döyüblər.
Partiya
lideri və qızı döyüldü
Saxtakarlığı qeydə almaq istəyən "Yerkir Sirani” partiyasının lideri Zarui
Postandjyan isə hücuma məruz qalıb. Onun partiyasının qərargahına hücum edilib
və özü ilə yanaşı, qızı döyülüb. Partiya liderinin qızı beyin silkələnməsi
diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Zarui Postandjyan baş vermiş hadisə ilə bağlı keçirdiyi mətbuat konfransında
bildirib ki, onun qızına hücum edən şəxslər cinayət məsuliyyətinə cəlb
ediləcək.
"Kim mənə və övladıma zorakılıq tətbiq etdisə, o, məsuliyyətə cəlb olunacaq.
Biz oğruları oğru adlandırmağa davam edəcəyik və hakimiyyətin istədiyi kimi,
namizədləyimizi geri götürməyəcəyik. Hətta seçkidən sonra özümüzü İrəvanın meri
və Ermənistanın rəsmi şəxsləri kimi aparacağıq. Çünki seçki başdan-ayağa
saxtakarlıq içində keçdi”, - deyə o bildirib.

İğtişaşların
anonsu
Partiya lideri hakimiyyəti "həyatınız cəhənəmmə çevriləcək” deyə hədələyib:
"Bizim böyük komandamız var və bütün saxtakarlıqları ortaya çıxaracağıq”.
Zarui Postandjyan İrəvanda mitinqlərin və iğtişaşların başlanacağnın da
anonsunu verib.
"Yelk” bloku qərargahının sədri Edmon Marukyan hakimiyyəti Zarui Postandjyana
qarşı addımlarına görə ittiham edib.
O qeyd edib ki, seçkilərdə saxtakarlığa görə hər-hansı etiraz aksiyası
keçiriləcəksə, blok buna dəstək verəcək.
Aparat
Sarkisyanı tanımadı: ikinci biabırçılıq
İrəvanda mer seçkiləri saxtakarlıqlarla yanaşı, maraqlı hadisələrlə də yadda
qalıb. Xüsusilə Ermənistan prezidenti Serj Sarkisyan parlament seçkilərində
üzləşdiyi vəziyyətlə yenə qarşılaşıb.
"Novosti Armenia”nın məlumatına görə, Serj Sarkisyan arvadı Rita Sarkisyanla
birlikdə səs vermək üçün 9/18 saylı seçki məntəqəsinə gəlib. Lakin seçicilərin
adlarını barmaq izləri ilə təsdiq edən aparat Sarkisyanı "tanımayıb”.
Seçki komissiyasının üzvü bir neçə dəfə Sarkisyanın barmaq izini götürməyə
çalışsa da, alınmayıb. Yalnız üçüncü cəhddən sonra aparat Sarkisyanın barmaq
izini "tanıyıb”.
Qeyd edək ki, aprelin 2-də keçirilən parlament seçkilərində də barmaq izini
götürən aparat Sarkisyanı yalnız 8-ci cəhddən sonra "tanımışdı”.
Sahə komissiyasının sədri Sofiya Yeorbekyan isə bildirib ki, aparatda heç bir
problem yoxdur. Görünür, problem Ermənistan prezidentdədir.
Azərbaycanın
qızı İrəvanda səs verdi
Digər maraqlı məqam isə seçicilərdən birinin atasının adının Azərbaycan
olmasıdır. 1958-ci il təvəllüdlü xanım seçicinin adı belədir:Anahid Qasparyan Azərbaycan qızı. Həmin seçinin
milliyəti açıqlanmayıb.
Miq.az