Azərbaycanın xaricdən aldığı borclar hara xərclənib...

Azərbaycanın xaricdən aldığı borclar hara xərclənib...

Azərbaycanın xarici dövlət borcunun əsas hissəsi infrastruktur layihələri, ən az hissəsi isə sənaye və digər layihələrin icrasına yönəldilib.

Bu barədə Hesablama Palatasının 2015-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəydə qeyd olunub.

Xarici dövlət borcunun strukturu üzrə bölgüsündə infastruktur yönümlü layihələr 61,7%, xaricdə qiymətli kağızların yerləşdirilməsi - 18,8%, kənd təsərrüfatı və meliorasiya - 3,4%, iqtisadiyyat və maliyyə - 3,3%, sosial mədəni layihələr - 2,0%, sənaye - 0,8% və digər layihələrin dəstəklənməsi - 10,0% təşkil edib.

Cari ilin əvvəlinə beynəlxalq və digər maliyyə kredit təşkilatları ilə imzalanmış kredit sazişlərinin ümumi məbləği 10,3 mlrd. ABŞ dolları təşkil edib. Bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği 6,9 mlrd. dollar olub.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az