Rusiyada yayımlanan "Pust qovoryat" (Qoy desinlər) tok-şousunda otuz ildən sonra Rusiyanın Amur vilayətində tanış olmuş sevgililər görüşüblər.
Miq.az oxu.az-a istinadən bildirir ki, Svobodni şəhərinin sabiq sakinləri studiyada qızlarının yazdığı məktub sayəsində görüşüblər. Onların qızı Olesya Konovalova verilişin aparıcısı Andrey Malaxovdan onun atasını tapmağı istəyib.
Yetkinlik yaşına çatdıqdan sonra Olesyanın anası ona atasının azərbaycanlı Ramiz Qarayev adlı birisinin olduğunu deyib. Və onun yeganə şəklini qızına göstərib.
Uzun illər keçdikdən sonra Olesya atasını - Ramiz Qarayevi gördü. Azərbaycanlı kişi isə öz növbəsində 80-ci illərdə amurlu Valentina ilə yaşadığı məhəbbət hekayəsini danışıb.
Ramiz gəncliyində Svobodnıya milis işləməyə gəlib. Orada öz sevgilisi ilə kirayə qalıb. Sonradan Ramiz vətənə dönməli olub, hamilə Valentina isə Amur vilayətində qalıb və başqasına ərə gedib.