Azərbaycanlı aparıcı yerli telekanalları yıxıb-sürüdü - VİDEO

Azərbaycanlı aparıcı yerli telekanalları yıxıb-sürüdü - VİDEO
O, açıqlamasında çox təəssüfləndiyini ifadə edib

Teleaparıcı Zemfira Adıgözəlova uzun müddətdir içində saxladığı sirri açıb-töküb. Buna səbəb, aprel döyüşlərindən sonra xanım aparıcının "Mən Azərbaycanam" adlı rəhbəri olduğu vətənpərvərlik ruhda layihəyə telekanalların biganə qalması olub:

"Bəlkə də biraz da susardım. Zamanı gələndə deyərdim. Düşünürəm ki, qarşıda Dünya Azərbaycanlılarının həmrəylik günü gəlir. Sadəcə istədim ki, nə dərəcədə həmrəy olduğumu bilək. Bu il yaddaşımda çox da gözəl qalmadı. Çünki ölkəmizin itkiləri qazancından daha çox oldu. Xoş olmasa da, aprel döyüşlərindən sonra vətənpərvər ruhda layihə təqdim etdim. Layihənin məqsədi xarici ölkələrə və xarici vətəndaşlara məlumat çatdırmaq idi. Yerli televiziyalar üçün deyil. Amma sağ olsun yerli saytlar, maqazin verilişləri layihəni işıqlandırdı. Təəssüf ki, yalnız maqazin verilişləri bunu etdi. 4 dəqiqəlik vətənpərvər video çarx üçün heç bir telekanalda vaxt olmadı. Və heç bir kanal bu videonu yayımlamadı. Buna isə çox maraqlı əsas gətirdilər..."Biz verə bilmərik. Çünki yalnız öz istehsal etdiyimiz çarxları yayımlayırıq. Bu prodakşn istehsalı olduğu üçün pul ödəməlisiniz", "Burda elə müğənnilər var ki, bizim telekanalda qadağadadır", "Vətənpərvərlik haqda mövzu olsa, icazə versələr, yayımlayarıq".

Layihə rəhbərini ən çox qəzəbləndirən isə hazırladığı video çarxa yerli telekanalların şikayət etməsi olub:

"Ən təsir edən məqam isə yerli telekanallardan birinin bu video çarxı "YouTube"dan şikayət edərək sildirməsi oldu. Cavab isə belə oldu. "Orada ordu kadrlarında bizim telekanala məxsus kadrlardan istifadə olunduğuna görə şikayət etdik və videonu sildirdik". Dünya Azərbaycanlılarının Həmrəylik Gününə 3 gün qalıb. Bəlkə əvvəlcə öz içimizdə həmrəy olmağı öyrənək?".

Qeyd edək ki, "Mən Azərbaycanam" adlı layihədə Qarabağdan bəhs edən şüarları hər bir tanınmış şəxs öz hayqırtısı ilə səsləndirib. Xalq artistiləri - Alim Qasımov, Məleykə Əsədova, Təranə Muradova, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, əməkdar artistlər - Aybəniz Haşımova, İlqar Muradov, Lalə Məmmədova, Ədalət Şükürov, tanınmış müğənnilər - Natavan Həbibi, Elnur Məmmədov, Roza Zərgərli, teleaparıcılar - Zemfira Adıgözəlova, Murad Arif, "Yurd" təşkilatının rəhbəri Mahirə Əsədova, rəqqasə Fatimə Fətəliyeva, Avropa Oyunlarının qalibləri - paralimpiyaçı İlham Zəkiyev, karate idman növü üzrə çempion Ayxan Mamayev, dünya çempionu Eduard Məmmədov kimi tanınmışlar layihədə iştirak edib. //İstipress.com
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az