Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsinin sədr müavini, tibb üzrə fəlsəfə doktoru Musa Quliyev bu günlərdə Beynəlxalq Mükafat Birliyinin İctimai Təltif Şurası tərəfindən 1-ci dərəcəli "Hippokrat ordeni” ilə təltif olunub.
Deputat bu beynəlxalq mükafatla sosial müdafiə və səhiyyə qanunvericiliyi sahəsində dünya standartları səviyyəsində təkmil olan qanunların və digər qanunverici sənədlərin hazırlanması və qəbulu sahəsindəki fəaliyyətinə, eləcə də beynəlxalq əməkdaşlığa verdiyi töfhələrə görə təltif edilib.
Musa
Quliyevin hazırladığı və onun təqdimatı ilə qəbul olunmuş iki qanun
("Körpələrin və azyaşlı uşaqların qidalanması haqqında” (2001) və
"İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə
haqqında” (2014) qanunlar) BMT-nin Uşaq Fondu (UNİSEF) və Ümumdünya
Səhiyyə Təşkilatı tərəfindən üzv ölkələr üçün model qanun kimi tövsiyyə
olunub.
Qeyd
edək ki, Musa Quliyev tibb elmi və səhiyyənin müxtəlif sahələrində
dünya insanlığı üçün xüsusi xidmətləri olan görkəmli şəxslərin təltif
olunduğu bu ali mükafata layiq görülən ilk azərbaycanlı millət
vəkilidir.
Baş Ofisi Cenevrə şəhərində yerləşən
Beynəlxalq Mükafat Birliyinin Ordeni həmyerlimizə təşkilatın Moskva
Bürosu tərəfindən təqdim edilib.
Modern.az
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT