Azərbaycanlı deputatın qızı fransalıya ərə getdi – Fotolar
Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Asəf Hacıyevin qızı Mənzər Hacıyevanın toyu olub
"Menzer Hajiyeva” kəlağayı brendinin dizayneri olan Mənzər Hacıyeva fransalı iş adamı Saşa Sebbaxla ailə həyatı qurub.
Cütlüyün toyu ailə üzvləri və yaxın qohumların əhatəsində keçib.
Qeyd
edək ki, Saşa Sebbax Ekologiya və Bərpa Olunan Enerji Mənbələri
sahələri üzrə peşəkar mütəxəssisdir. Mənzər və Saşa bir neçə il öncə
Parisdə tanış olublar. Mənzər Hacıyeva uzun illər Nyu-Yorkda yaşayıb və
Nyu-York Universitetində bakalavr təhsili alıb, daha sonra Parsons
Dizayn Məktəbində moda tədqiqatları üzrə sertifikata nail olub. O
həmçinin, Parisin Studio Berçot moda məktəbində təhsil alıb. Michael
Kors, Zac Posen, Narciso Rodrigues və Lanvin kimi dünyaca məhşur
brendlərinin dizayn-studiyalarında işləyib.
Xatırladaq
ki, Parlamentdə 8 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil
edən Asəf Hacıyev eyni zamanda Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatı
Parlament Assambleyasının (QDİƏT PA) baş katibi və Parlament Məclisi
Sədrinin müavini, BDU-nun ehtimal nəzəriyyəsi və riyazi statistika
kafedrasının müdiridir. Asəf Hacıyevin 3 övladı var. (qafqazinfo.az)