Azərbaycanlı iş adamına 2 milyonluq "lüks" zərbə
Borcunu vere bilmədi, maşını satılır
Moskvanın ən böyük bazarlarından biri olan "Çerkizov"un (bir neçə il öncə bağlanıb), Antalyada inşa edilən dünyanın ən lüks oteli "Mardan Palace"nin sahibi olan azərbaycanlı milyonçuya daha bir zərbə dəyib. İstiPress-in məlumatına görə, Telman İsmayılovun (AST Telman) lüks maşını hərraca çıxarılır.
İsmayılovun oğlu Sərxana aid 2 milyon lirə qiyməti olan 2008-ci il istehsalı olan "Rolls-Royce Ghost" ötən ay iş adamının borcları ilə bağlı müsadirə edilmişdi. AST Telmana borcu ödəmək üçün 15 gün vaxt verilmişdi. Zaman keçsə də, iş adamı borcunu ödəyə bilməyib. Nəticədə bank onun maşınını satışa çıxarmağa qərar verib.
Qeyd edək ki, inşası 1,4 milyarda başa gələn lüks otelin borcları bitib-tükənmir. Bir neçə gün öncə borca görə otelin suları kəsilmişdi. Ötən ay həm də oteldə otaqların əvvəlcədən sifarişi prosesi dayandırılmışdı.
Miq.az