Azərbaycanlı milyarderin eks arvadı 5 milyonluq helikopteri ərinin əlindən aldı

Azərbaycanlı milyarderin eks arvadı 5 milyonluq helikopteri ərinin əlindən aldı

Helikopter Fərhad Əhmədovun arvadına boşanma prosesi çərcivəsində verilib


Azərbaycanlı milyarder Fərhad Əhmədovun boşandığı həyata yoldaşı indi də onun helikopterini alıb. İstiPress-in məlumatına görə, Tatyana Əhmədova boşanma prosesində "Eurocopter EC155" helikopteri ala və hətta sata da bilib. 

Əhmədovun vəkili isə bildirib ki, məhkəmə xərcləri qarşısında helikopterin qiyməti çox azdır.

"Reuters"in məlumatına görə bu helikopterdən sərnişinlərin milyarderin "Luna" adlı super yaxtasına daşınmasında istifadə edilib. "Eurocopter EC155"  keçmiş ər-arvad arasında mülkiyyət bölünməsi zamanı müsadirə edilib və 5 milyon avroya satılıb.

Tatyana və Fərhad Əhmədovlar 1993-cü ildə ailə qurublar. İş adamı hələ 2000-ci ildə Rusiyada boşandığını bildirib. Amma T.Əhmədova ikili vətəndaşlığa sahibdir (Rusiya və Böyük Britaniya). Bunun üçün də o boşanma ilə bağlı London məhkəməsinə də müraciət edib.

Britaniya məhkəməsi cütülüyün evliliyinin 2013-cü ilə kimi davam etməsi haqqında qərar qəbul edib. Bunun üçün də London məhkəməsi iş adamını keçmiş arvadına rekord miqdarda təzminat - 572 milyon dollar ödəməyə vadar edir. Əhmədov isə bundan imtina edib və bildirib ki, məhkəmənin iddiası ancaq Britaniya ərazisində keçərdilidir. Burada isə onun heç bir səhmi yoxdur. 

Qadın ərinin super yaxtası "Luna"nı da əldə etmək istəyib. Lakin Dubay məhkəməsi 492 milyon dollarlıq yaxta ilə bağlı onun iddiasını qəbul etməyib. 

Fərhad Əhmədov


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az