Azərbaycanlı nazirin oğlu həyat yoldaşı ilə İtaliyada -Doğum gününü qeyd etdi - FOTO

Azərbaycanlı nazirin oğlu həyat yoldaşı ilə İtaliyada -Doğum gününü qeyd etdi - FOTO

Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evli olan Safura Əliyeva həyat yoldaşını doğum günü münasibəti ilə təbrik edib.
Publikaz.az xəbər verir ki, S.Əliyeva instagramda həyat yoldaşı ilə yeni fotosunu paylaşıb. O, qeyd edib ki, 27 dekabr onun üçün çox özəl gündür. Cütlük bu günü İtaliyada qeyd edib.
Məlumat üçün bildirək ki, 2010-cu ildə Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində yüksək səviyyədə təmsil edən Safura ailə qurduqdan sonra müğənilik karyerası ilə vidalaşıb. Hazırda İstanbulda yaşayan cütlüyün İsgəndər adlı bir oğlu var.

Miq.Az



*****



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az