Azərbaycanlı zəvvarlar Səudiyyə Ərəbistanına yollandı

Azərbaycanlı zəvvarlar Səudiyyə Ərəbistanına yollandı
Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların növbəti qrupu Səudiyyə Ərəbistanına yola düşüb.

Miq.az  xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Report-a verilən məlumata görə, qrupa 360 nəfər daxildir. 
Zəvvarları aparan təyyarə Ciddə şəhərində yerə enəcək. Ziyarətçilər oradan Məkkəyə gedəcəklər. 
Azərbaycanlı zəvvarların sonuncu qrupu isə avqustun 26-da yola düşəcək.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedəcək.
Həcc ziyarəti üçün ziyarət paketi 3850 dollardır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az