Azərbaycanlılar Srxavənd istiqamətində 370 m irəlilədi - Erməni mediası

Azərbaycanlılar Srxavənd istiqamətində 370 m irəlilədi - Erməni mediası

Ağdərə bölgəsindəki Nor Qazançı (Srxavənd) kəndi istiqamətində bəzi ərazilər Azərbaycanın nəzarətinə keçib.

Miq.Az xəbər verir ki, belə bir iddia ilə kənd icmasının rəhbəri Ruslan Arstamyan "Aparaj” nəşrinə açıqlamasında çıxış edib. 

Onun sözlərinə görə, azərbaycanlılar gecə saatlarında Srxavənd istiqamətində 370 m irəliləyib.

"Onların mövqeyi Vank-Drmbon (Vəngli-Heyvalı) kəsişməsindən 1,5 km məsafədə yerləşirdi. İkinci mövqe də dəyişdirildi. GPS ilə yoxlayaraq 370 metr irəlilədilər və mövqeləri tutdular. Onlar iki erməni mövqeyinin kəndə tərəf 300 metr geri çəkilməsini tələb etdilər və yalnız bundan sonra geri çəkiləcəklərini bildirdilər”,- deyə Ruslan Arstamyan bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az