Azərişıq ASC–də Canəhməd Əhmədovun enerji “maxinasiyaları”

Azərişıq ASC–də Canəhməd Əhmədovun enerji “maxinasiyaları”

Redaksiyamıza daxil olmuş məlumatda Azərişıq ASC-nin Qaradağ rayon enerji satışı şöbəsinin müdiri Canəhməd Əhmədovun istehlakçılara enerji satışındakı maxinasiyasından bəhs olunur

Belə ki, o, Qardağ rayonunda yerləşən böyük ticarət obyektlərinin və istehsal müəssisələrinin yerləşməsindən məharətlə istifadə edib.

Onun " Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin  yaxın adamı olduğu da bildirilir. Mənbə qeyd edir ki , o "Azərişıq”-da yüksək post tutan məmurlardan birini də özünə himayəçi tutmağa nail olub. Binə , Sədərək və Meyvəli kimi iri ticarət obyektlərinə enerji satışındakı maxinasiyalardan külli miqdarda  vəsait əldə etməsi isə xüsusilə vurğulanır.

Bu vəsaitin müəyyən hissəsinin öz himayədarlarının bığlarını yağlamağa  sərf edən Canəhməd Əhmədovun  əyləşdiyi kreslosunu  daha da  möhkəmləndirdiyi iddia olunur. Əks halda onun bu vəzifədə qalması çox möcüzəli görünərdi. Əyləşdiyi kresloda saqqız çeynəyərək  abonentləri təhqiramiz ifadələrlə  qarşılamaq, artıq onda vərdiş halını alıb.

C.Əhmədovun doğulduğu Qusar rayonunda bir neçə obyekti var ki,”KARVAN” motel-restoran şəbəkəsi də bunlardan biridir. Yerli sakinlərin dediyinə görə bu obyekt təyinatı üzrə deyil, priton kimi də fəaliyyət göstərir. 

Mənbə bildirir ki, C.Əhmədovun eyni zamanda Bakıda da bir neçə mulkə sahib olduğu bildirilir. Özünü və bütün ailə üzvülərini  bahalı maşınlarla təmin edən məmurun aylıq məvaciblə bütün bunlara nail olması absurddur. Aidiyatı qurumların məsələyə müdaxiləsi vacibdir. (yenimeydan.info)

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az