AzNews.az 4 yaşında - TƏBRİK

AzNews.az 4 yaşında - TƏBRİK

AzNews.az saytının fəaliyyətə başlamasından 4 il ötür.

Miq.az  xəbər verir ki, 2012-ci il avqustun 1-dən onlayn xəbər saytı kimi fəaliyyətə başlayan AzNews.az ötən 4 il müddətində özünəməxsus imic formalaşdırmağı, geniş auditoriyaya sahiblənməyi bacarıb. Aylıq izləyicisi 1 milyona yaxın olan sayt Azərbaycan mediasının əsas istinad olunan mənbələrindən biri hesab olunur. Saytın eksklüziv xəbərləri bəzən dünyanın ən nüfuzlu saytlarında da yer alır. İctimai fikrin formalaşdırılmasında ciddi rol oynayan AzNews.az fasiləsiz olaraq oxucularını informasiya ilə təmin edir.

Saytın peşəkarlardan ibarət kollektivi bundan sonra da müsahibələr, reportajlar müəllif yazılarının təqdimatını davam etdirəcək.

Miq.az.Az-ın kollektivi "AzNews”da çalışan həmkarlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az