Bağı məhv edərək kafe tikmək istəyirlər - Bakıda (VİDEO)

Bağı məhv edərək kafe tikmək istəyirlər - Bakıda (VİDEO)

Bağı məhv edərək yerində kafe tikmək istəyirlər. Ərazi Sabunçu rayonu Elşən Mehdiyev küçəsinin sol tərəfində yerləşən və Nizami Müslüm oğlunun adına olan bağdır. Ətrafda yaşayanlar iddia edir ki, Nizami Müslüm oğlunun anası Tərlan adlı xanım bağın yerində kafe tikdirmək istəyir.

Artıq tikinti işlərinin aparılması üçün bağın ətrafına daş töküldüyünü görən qonşular bundan narazıdır. Onlar bağın məhv edilməsini istəmirlər.

Qonşular buranın daha da abadlaşdırılmasını və yerində müasir park salınmasının tərəfdarıdırlar.

Məsələyə aydınlıq gətirmək üçün telefon vasitəsi ilə həmin qadınla əlaqə saxladıq. Qadın bağa oğlunun adının verildiyini deyərək orda istədiyini etmək hüququna malik olduğunu iddia etdi.

Sabunçu rayon İcra Hakimiyyətinin qəsəbə nümayəndəliyindən isə bildiridi ki, bağ ərazisində heç bir tikinti işi aparıla bilməz. Həmin ərazisin abadlaşdırılaraq park salınması da rayon İcra Hakimiyyətinin gündəmindədir.

Miq.az "Xəzər Xəbər”-ə istinadən  mövzu ilə bağlı videomaterialı təqdim edir:
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az