Bağırsaq və qara ciyər xərçənginin çarəsi...
Payız və qış aylarının ən faydalı tərəvəzlərindən olan çuğunduru
həm çiy, həm də bişmiş yemək olar. Bu tərəvəzdən bir-birindən dadlı
salatlar və şorbalar bişirmək, həmçinin, şirəsini içmək mümkündür.
1. İflic, infarkt riskini azaldır
Çuğundur
kalium, maqnezium, dəmir, B6, A və C vitamini baxımından çox zəngindir.
Ancaq onun ən faydalı xüsusiyyəti çoxlu miqdarda nitrat ehtiva
etməsidir. Nitrat sayəsində iflic, infarkt riskini azaldır. Qandakı
oksigenin miqdarını artırır. Ümumiyyətlə, mütəmadi olaraq çuğundur yemək
ürək sağlamlığı üçün çox önəmlidir.
2. Antioksidant mənbəyidir
Antioksidantlar immunitet sistemini gücləndirir. Həmçinin xolesterinin səviyyəsini aşağı salır.
3. Beyin üçün faydalıdır
İnsan
yaşlandıqca hafizəsi zəifləyir. Ancaq çuğundur yeyən insanların yaddaşı
güclü olur. Çuğundur beyinə daha çox qan və oksigen getməsini təmin
edir.
4. Sümükləri gücləndirir
Çuğundurun
tərkibindəki təbii minerallar sümükləri möhkəmləndirir, kalsiumun
orqanizm tərəfindən daha yaxşı mənimsənilməsini təmin edir. Çuğundur
sümükləri gücləndirən C vitamini, fol turşusu ilə də zəngindir.
5. Enerji verir
Araşdırmalar
çuğundurun bədənə enerji verdiyini ortaya çıxarıb. Hər hansı zehni və
ya fiziki fəaliyyətdən öncə çuğundur yemək lazımdır. Beləliklə, bədən
daha gec yorulur və halsızlığın qarşısı alınır.
6. Qandakı şəkərin miqdarını tənzimləyir
Çuğundur qandakı qlükozanın səviyyəsini stabilləşdirir. Şəkər xəstələrinə həftədə 3 dəfə çuğundur şirəsi içmək məsləhət görülür.
7. Çəkini azaldır
Çuğundur
az kalorili, bol lifli tərəvəzlərdən biridir. Elə buna görə də
bədəndəki yağları əridir, orqanizmi toksit və ödəmdən təmizləyir.
8. Xərçəngə qarşı
Mütəmadi olaraq çuğundurdan istifadə edərək bağırsaq və qara ciyər xərçənginin qarşısını almaq olar.
9. Qanı təmizləyir
Çuğundur
qanı təmizləyən ən təsirli qidalardan biridir. Mütəmadi olaraq istifadə
etdikdə qan çirkliliyinin səbəb olduğu dəri problemlərinin, o cümlədən
sızanaq və cizvələrin qarşısını alır.
10. Yaşlanmağa qoymur
Antioksidantlarla və vitaminlərlə zəngin olduğu üçün orqanizmi yaşlanmağa qoymur.
11. Kəpəklə mübarizə
Zülal,
fosfor, kaliumla zəngin olan çuğundur baş dərisinə də yaxşı təsir edir.
Çuğundur yeyənlərdə baş dərisinə qan yaxşı işlədiyindən ölü dərilər
təmizlənir, kəpəyin qarşısı alınır, dəri daha gec yağlanır, yeni tükün
əmələ gəlmə prosesi sürətlənir.
Publika.az