Bu gün Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir. Bakı sakinləri Respublika Gününü əsl bayram kimi qeyd edirlər.
Bu gün Bakı bulvarında çəkiliş apardıq. Bulvara gələnlər bu bayramı özlərinəməxsus qeyd edirdilər. Valideynlər övladlarını əylənmək üçün gəzməyə çıxarmışdılar. Kimi övladını atraksionda əylənməsini seyr edir, kimi isə özü də övladına qoşularaq əylənirdi.
Yaşlı insanların bəziləri bulvarda kölgəlikdə oturaraq istirahət edirdi. Bəziləri də nəvələrini gəzməyə çıxarmışdı.
Bakı bulvarına gəzməyə gələn gənclər də bayramın dadını çıxarmağa çalışırdılar. Kimi velosiped sürür, kimi də dəniz kənarı ilə gəzişirdi.
Qeyd edək ki, bu gün bayram münasibətilə paytaxtda bir sıra tədbirlər keçiriləcək. Respublika Günü münasibətilə mayın 28-də saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaq.
Orkestrlər müəyyən olunmuş 6 nöqtədə çıxış edəcəklər:
- Fəvvarələr meydanı;
- Dənizkənarı Milli Park (Azneft meydanının qarşısındakı Dövlət Bayrağının yanında);
- Dənizkənarı Milli Park (Azadlıq meydanı qarşısında);
- Əhmədli qəsəbəsində yerləşən Heydər Əliyev adına park;
- Zərifə Əliyeva adına park;
- Zabitlər parkı.
Milli Parkın ərazisində Saat Qülləsinin yanında isə saat 21:00-da incəsənət ustalarının iştirakı ilə təşkil olunan konsert başlayacaq və saat 23.00-da möhtəşəm atəşfəşanlıq olacaq.
ANS
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?