Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, böyük şəxsiyyət Mustafa Kamal Atatürkün adını daşıyan bu parkdakı şərait və vəziyyət günün tələblərinə uyğun deyildi və heç kimi qane etmirdi:
"Parkın vəziyyəti ilə bağlı ətraf ərazilərdə yaşayan vətəndaşlardan haqlı narazılıq və iradlar daxil olurdu.
Bununla əlaqədar Bakı Şəhəri İcra Hakimiyyəti Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə parkın əsaslı təmiri və yeniqənqurulması ilə bağlı vətəndaşların istək və arzuları nəzərə alınmaqla yeni layihə sənədlərini hazırlamağı qərara alıb. Hazırda parkda təmizlik və yenidənqurmaya hazırlıq işləri aparılır”.
Rəsmi məlumata görə, yalnız müvəqqəti və qeyri-qanuni fəaliyyət göstərən, günün tələblərinə uyğun olmayan, parkda antisanitariya şəraiti yaradan obyeklər sökülüb:
"Rəsmi mülkiyyət sənədləri olan digər obyeklərin sahblərinə isə müvafiq yenidənqurmalar aparmaq tövsiyə olunub.
Yeni layihə əsasında parkda vətəndaşların istirahəti üçün lazımı şərait yaradılacaq, uşaqlar üçün əyləncə qurğuları quraşdırılacaq. Yenidənqurma işlərinin qısa müddətdə başa çatdırılması, parkın yenidən sakinlərin ixtiyarına verilməsi nəzərdə tutulub”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL