"Bakı Metropoliteni" ilə bağlı yazılardakı iddialara aydınlıq gətirildi - TƏKZİB


Son zamanlar "Miq.az” internet saytında "Bakı Metropoliteni" ilə bağlı dərc olunmuş yazılara cavab olaraq, sözügedən qurum Azərbaycan Mətbuat Şurasına müraciət ünvanlayıb.

Bundan sonra Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası tərəflərin iştirakı ilə iclas keçirib. 

İclasda Mətbuat Şurasının media ilə dövlət qurumları arasında körpü rolu oynadığını qeyd edən komissiya üzvləri qərara alıblar ki, tərəflər məsələnin müsbətə doğru həlli istiqamətində müyyən addımlar atmalıdırlar. 

Bütün tərəflərin arqumentləri dinlənildikdən sonra "Miq.az" saytı yazılardaki bəzi iddiaların yenidən araşdırılmasına başlayıb. 

Sayt rəhbərliyi həmçinin bildirib ki, dərc olunmuş yazıların bəziləri digər internet resurslarında və sosial şəbəkələrdə yayıldığından dəqiqləşdirilməsi zaman tələb edib və onların bəziləri operativ xəbər prinsipinə uyğun saytda yerləşdirilib. Bu da bəzi nöqsanların baş verməsinə səbəb olub. 

Araşdırmalardan sonra sayt Şuranın Şikayətlər üzrə Komissiyasının 18 sentyabr 2018-ci il tarixində keçirilmiş iclasının rəyini (Azərbaycan Mətbuat Şurası, 18.09.2018, №157) və "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mövqeyini əsas götürərək, bu qurum haqqında müxtəlif vaxtlarda yerləşdirilən materiallarda "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın prinsiplərinin pozulmasını və həmin materiallarda göstərilən faktların subyektiv jurnalist mülahizələrə əsaslandığını qəbul edərək, xəbər saytında bununla bağlı yerləşdirilmiş materialllarla əlaqədar təəssüf hissi keçirdiyini ifadə etməklə müəyyən edilmiş qaydada təkzibin saytda yerləşdirilməsinə təminat verib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az