Bakı metrosunda problem yarandı

Bakı metrosunda problem yarandı
Bu gün səhər saatlarında Bakı metrosunda problem yaranıb.  Vətəninfo.az-ın  Publika.az-a  istinadla verdiyi məlumata görə, metronun "Elmlər Akademiyası” stansiyasında qatar 19 dəqiqə gecikib.   Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumatı təsdiq edib.
Onun sözlərinə görə 34 saylı xətt üzrə hərəkət edən qatarda yaranmış nasazlığa görə, sərnişinlər "20 Yanvar” stansiyasında düşürülüb.  
 "Qatar depoya yola salındığından "Elmlər Akademiyası"nda dayanmayıb. Ona görə də sərnişinlər gecikmə olduğunu düşünüb”, - Paşayev əlavə edib.   N.Paşayev hazırda problem olmadığını və bayram günləri ilə əlaədar metroda sıxlıq yaşanmadığını da bildirib. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az