Bakı şəhər İcra Hakimiyyətinin sabiq əməkdaşına - Cəza istənildi

Bakı şəhər İcra Hakimiyyətinin sabiq əməkdaşına - Cəza istənildi
Bakıda dələduzluqda təqsirləndirilən Azad Rufullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
Prokuror Azad Rufullayevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, Azad Rufullayev Azad Şərifova qarşı külli miqdarda dələduzluq edib.
O, Azad Şərifovdan İraqda biznes qurmaq adı ilə 456 min manat alıb. Azad Rufullayev bu cinayəti Əjdər adlı tanışının vasitəsi ilə törədib.
İstintaq orqanı tərəfindən Azad Rufullayevə qarşı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 312-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.
Azad Rufullayev Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşı olub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az