Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi çərçivəsində Gürcüstan ərazisində inşası davam edən Axalkalaki – Kartsaxi (Türkiyə sərhədi) sahəsində 2014-cü il 26 dekabr tarixində ilk sınaq qatarı hərəkətə buraxılıb.
Vətəninfo.az-ın məlumatına görə, bu barədə Azərbaycan Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bu münasibətlə keçirilmiş tədbirdə “Marabda-Kartsaxi dəmir yolu” MMC-nin rəhbərliyi, tikintini həyata keçirən “Azəryolservis” ASC-nin, həmçinin digər şirkət və təşkilatların nümayəndələri iştirak edib.
Sınaq uğurla keçirilib və qatar sərhəd stansiyasına çatdırılıb. Artıq bu sahədə yol istismara hazır vəziyyətdədir və hərəkət üçün şərait yaradılıb.
Layihənin tam başa çatdırılması 2015-ci ilin sonuna nəzərdə tutulur.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib