Bakıda 33 yaşlı kişinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb
Bakıda 33 yaşlı kişinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb.
"Miq.Az"ın xəbərinə görə, hadisə dekabrın 24-də paytaxtın Nərimanov rayon ərazisində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Rüstəm Quliyev qarın nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Araşdırma zamanı məlum olub ki, hadisə Əliyev Müşfiq Bəxtiyar oğlu tərəfindən törədilib.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Miq.Az