Bakıda ağır qəza - Səfirlik əməkdaşı yaralandı

Bakıda ağır qəza - Səfirlik əməkdaşı yaralandı
Bakıda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nizami rayonu, H.Əliyev prospekti 117 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Yusif Hacıyevin idarə etdiyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyinə məxsus "Nissan”, Cəlilabad rayon sakini 1964-cü il təvəllüdlü Əliqardaş Xudiyevə məxsus "Mercedes-Benz” və Bakı şəhər sakini Əli Rəsulovun idarə etdiyi "Opel” markalı avtomobillər toqquşublar.

Y.Hacıyev müxtəlif bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. /Report.az/ 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az