Bakıda bələdiyyə işçisi həbs edilib – Narkotikə görə

Bakıda bələdiyyə işçisi həbs edilib – Narkotikə görə
Bakıda bələdiyyə işçisi narkotikə görə həbs edilib.

"Report”un xəbərinə görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Məlumata görə, Suraxanı rayon Hövsan qəsəbə bələdiyyəsinin əməkdaşı 1979-cu il təvəllüdlü R.Q. üzərində qanunsuz olaraq narkotik vasitələr saxladığı üçün Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı onun narkotik vasitə aludəçisi olduğu məlum olub. R.Q. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs olunub.
Qeyd edək ki, R.Q.-nın qayınatası Suraxanı Rayon İcra Hakimiyyətində yüksək vəzifə tutur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az