Bakıda Ermənistan bayrağı yandırıldı FOTO

Bakıda Ermənistan bayrağı yandırıldı FOTO

Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri və ictimaiyyət nümayəndələri Laçın rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24 illiyi ilə bağlı Şəhidlər xiyabanını ziyarət ediblər.
 
APA-nın məlumatına görə, ziyarət zamanı şəhidlərin məzarı üzərinə gül qoyulub, ruhlarına dualar oxunub. QAT sədri Akif Nağı bildirib ki, Azərbaycan torpaqları yalnız hərbi yolla düşməndən azad oluna bilər:
 
"Vyana görüşləri bu həqiqəti bir daha ortaya çıxardı. Azərbaycan danışıqlardan imtina edib, müharibəni başlamalıdır. Minlərlə qurbanın hesabına olsa da, torpaqlarımızı azad etməliyik”. Sonra aksiya iştirakçıları Ermənistan bayrağını tapdalayıb və yandırıblar.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az